Sentyabrda Bakıda futbol və musiqi şənliyi olacaq - Prezident açıqladı
Bizi izləyin

İdman

Sentyabrda Bakıda futbol və musiqi şənliyi olacaq - Prezident açıqladı

“Beşiktaş” klubunun prezidenti Fikrət Orman Bakı səfərindən qayıdarkən klubun televiziyasına açıqlamalar verib.

Publika.az xəbər verir ki, prezident sentyabr ayında Bakıya böyük bir səfər təşkil edəcəklərini deyib:

“Azərbaycanda çox azarkeşimiz var. O bölgəni çox da sevirik. “Qarabağ” ilə matç keçirmək fikrimiz var. Səfərdə bəzi sənətçilərimizi də aparacağıq. Azərbaycan Türkiyədən sonra ay-ulduzdan istifadə edən 2-ci ölkədir. Azərbaycan Cümhuriyyətinin bu il 100 illiyi qeyd edilir. Bu münasibətlə qardaş ölkəyə yenidən səfər edəcək və yoldaşlıq matçı keçirəcəyik”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm