• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bankda pulu yoxa çıxan “Hafka”nın futbolçusu Məşhəddən xəbər göndərdi

  • İdman
  • 9 İyun 2014 17:13
  • 848 Baxış
Bankda  pulu yoxa çıxan “Hafka”nın futbolçusu Məşhəddən xəbər göndərdi

“Bakı” futbol klubunun 2 futbolçusu – Əfran İsmayılovla Elvin Əliyevin “Bank Of Azerbaijan” bankına depozit kimi yatırdıqları vəsaitin yoxa çıxması barədə məlumat vermişdik.

Xatırladaq ki, klubla müqavilə bağlayarkən 400 min dollarını “Bank Of Azerbaijan” bankına əmanət edən Əfran İsmayılov bu günlərdə hesabında qara qəpiyin də olmadığını öyrənib. Publika.az məsələ ilə bağlı araşdırma apararkən “Bakı”nın daha bir futbolçusu – Elvin Əliyevin də eyni aqibətlə üzləşdiyini müəyyənləşdirib. Elvin Əliyevin banka depozit kimi yerləşdirdiyi 350 min dolları yoxa çıxıb.

Futbolçular vəsaitlərini banka depozit kimi qoymaqla əlavə faiz qazanmaq istəsələr də, əllərindəkini də itiriblər. Onlar bunun səbəbini araşdırarkən bəlli olub ki, klubdan futbolçuların adına kredit götürülüb. Krediti isə depozit kimi qoyulmuş vəsaitdən çıxıblar. Konkretləşdirsək, sabiq “Texnikabank”ın filiallarında baş verən kredit oyunu burada da təkrarlanıb. Depozit yerləşdirən şəxsin adına kredit xətti açılıb. Xüsusilə bankın əlində sənədlər olduqda bu prosedur çox asan həyata keçirildiyindən “kərə yağından tük çəkirlər” kimi idmançıların hesabları sıfırlandırılıb.

Publika.az xəbər verir ki, Virtualaz.org saytı “Bank of Azerbaijan”dakı maxinasiya iddiaları ilə bağlı pulu yoxa çıxdığı deyilən futbolçulardan biri E.Əliyevlə telefon əlaqəsi saxlayıb.

Futbolçu xəbəri eşidəndə “Onu kim deyir? Belə şey yoxdur”,– deyə cavab verib.

Bildirib ki, hazırda Məşhəddə ziyarətdədir və onun “Bank of Azerbaijan”da pulunun yoxa çıxdığı haqda yazılanlar doğru deyil.

Digər futbolçu Ə.İsmayılovla əlaqə yaratmaq isə hələlik mümkün olmayıb.

Ancaq sayt pulları yoxa çıxan futbolçulardan birinin yaxınlarından öyrənə bilib ki, xəbər doğrudur, ancaq bank rəhbərliyi məsələni mətbuata çıxarmamağı xahiş edir və pulların qaytarılması məsələsini həll edəcəklərinə söz verir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR