Cadugərin “şikəst” etdiyi ulduzdan xəbər var
Bizi izləyin

İdman

Cadugərin “şikəst” etdiyi ulduzdan xəbər var

Cadugərin “şikəst” etdiyi ulduzdan xəbər var

Portuqaliya millisinin forvardı Kriştiano Ronaldonun zədəsinin sağalmaq üzrə olduğu bildirilib.

Publika.az xəbər verir ki, bu barədə ulduz futbolçunun millidəki komanda yoldaşı Vieyrinya məlumat verib. Vieyrinya FİFA-nın rəsmi saytına açıqlamasında millinin son iki hazırlıq matçında iştirak etməyən Ronaldo ilə bağlı bunları dilə gətirib:

“Ronaldo artıq komanda ilə ümumi məşqlərə başlayıb. Bu isə o deməkdir ki, qarşıdakı oyunlarda iştirak edə bilər. O, Almaniya ilə matça tam hazır olacaq”.

Portuqaliya millisi G qrupunda Almaniya, Qana və ABŞ milliləri ilə mübarizə aparacaq.

Qeyd edək ki, Qanadan olan cadugər açıqlamasında Ronaldonu mundiala həsrət qoyacağını bildirmişdi. Cadugər Kriştianonun son vaxtlar səhhətində yaranan problemlərin əsas səbəbkarı olduğunu deyib, onun zədəsinin ciddi olması üçün çalışdığını demişdi.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm