Almeyda yığmadan kənarlaşdırıldı
Bizi izləyin

İdman

Almeyda yığmadan kənarlaşdırıldı

Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Publika.az AFFA-nın saytına istinadən xəbər verir ki, Riçard Almeyda zədəli olduğundan millinin hazırlıq prosesini tərk edib.

Qeyd edək ki, Azərbaycan yığma komandası mayın 29-da Bakı Olimpiya Stadionunda Qırğızıstan milliisi ilə yoldaşlıq görüşü keçirəcək.

Həmin qarşılaşma saat 20:00-da başlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm