“Qəbələ” baş məşqçi məsələsinə aydınlıq gətirdi
Bizi izləyin

İdman

“Qəbələ” baş məşqçi məsələsinə aydınlıq gətirdi

“Qəbələ” baş məşqçi məsələsinə aydınləq gətirdi

“Qəbələ”nin yeni baş məşqçisi olacağı gözlənilən İvaylo Petev gəlməkdən son anda imtina edərək köhnə klubu Kipr "AEL"-ində qalmağa qərar verib. O, bu gün ölkəmizdə olmalı idi.

Klubun rəsmi saytında yer alan xəbərə görə, 38 yaşlı çalışdırıcı dünən Limassol klubunun prezidenti Andreas Sofokleousla görüşüb və onunla anlaşıblar.

Görüşdə Petevin qarşısına məqsəd kimi növbəti mövsüm komandanı Çempionlar Liqasına çıxarmaq vəzifəsi qoyulub. Həmçinin klub rəhbərliyi ona 2016-cı ilin mayına kimi əməkdaşlıq təklif edib.

Petevin son anda qərarından vaz keçməsinə “Qəbələ”nin baş meneceri Zaur Əzizov Publika.az-a açıqlamasında aydınlıq gətirib:

“İndiyədək belə hadisə ilə rastlaşmamışdıq. Onun özü ilə danışdıq, gəlməmək səbəbini AEL-də qalmaq istəməsi ilə əsaslandırdı. Bizim də çox vaxtımız yoxdur bu məsələnin kökünə gedib araşdıraq. Buna ehtiyac da görmürük. Petev bildirdi ki, “mən AEL-dən ayrıla bilmirəm”. Yeni məşqçi seçimi ilə bağlı onu deyə bilərəm ki, bu barədə hazırda iş gedir”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm