Eduard Məmmədov Polinanın kölgəsində - Foto
Bizi izləyin

İdman

Eduard Məmmədov Polinanın kölgəsində - Foto

Eduard Məmmədov Polinanın kölgəsində- Foto

19 qat dünya çempionu kikboksçu Eduard Məmmədov sosial şəbəkədə maraqlı şəkil paylaşıb.

Publika.az xəbər verir ki, kikboksçu, voleybol üzrə milli komandamızın və “Rabitə” klubunun üzvü olan Polina Rəhimova ilə məşq zalında çəkilmiş fotosunu paylaşıb.

Şəklin maraq doğurmasına səbəb isə idmançılar arasındakı boy fərqinin çox olmasıdır. Çünki onlar arasındakı boy fərqi üzlərdə gülüş yaradır. Fərq 28 sm-dir. “Ağ canavar” ləqəbli idmançının boyu 170 sm, xanım voleybolçunun boyu isə 198 sm-dir.

Elə şəkili paylaşan E.Məmmədov da bunu gülüşlə qarşıladığı görünür. O, şəkili paylaşarkən gülüş işarəsi də qoyub.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm