Favoritlərin mübarizəsi - Nəhənglərin qırğını olacaq
Bizi izləyin

İdman

Favoritlərin mübarizəsi - Nəhənglərin qırğını olacaq

DÇ-2014 çərçivəsində daha 4 oyun baş tutacaq. Publika.az xəbər verir ki, öncə C qrupunun iştirakçıları meydana çıxacaq.

Saat 21:00-da Kolumbiya Yunanıstanla qarşılaşacaq. Bu qrupun digər oyunu səhərə yaxın saat 06:00-da start götürəcək. Söhbət Fil Dişi Sahili – Yaponiya qarşılaşmasından gedir.

Növbəti iki oyun isə D qrupunda olacaq. Gecə yarısının tamamında iki komanda - Uruqvay və Kosta Rika milliləri qarşılaşacaq. Saat 03:00-də isə qrupun favoritləri sayılan iki Avropa nəhəngi - İngiltərə və İtaliya komandaları münasibətlərə aydınlıq gətirəcək.

DÇ-2014

14 iyun

C qrupu

21:00. Kolumbiya - Yunanıstan

15 iyun

06:00. Kot d`İvuar – Yaponiya

D qrupu

00:00. Uruqvay - Kosta Rika

03:00. İngiltərə - İtaliya

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm