Bu gün Braziliyada daha 3 matç var
Bizi izləyin

İdman

Bu gün Braziliyada daha 3 matç var

Braziliyanın ev sahibliyi etdiyi dünya çempionatı davam edir. Fanat.az xəbər verir ki, bu gecə azarkeşlər 3 matça şahidlik edəcək.

Braziliyanın ev sahibliyi etdiyi dünya çempionatı davam edir. Bu gecə azarkeşlər 3 matça şahidlik edəcək.

E qrupu çərçivəsində iki maatç baş tutacaq. Bakı vaxtı ilə saat 21.00-da İsveçrə və Ekvador arasındakı matç başlayacaq. 3 saat sonra Fransa Hondurası sınağa çəkəcək.

Futbol gecəsi saat 03.00-da başlayacaq qarşılaşma ilə yekunlaşacaq. F qrupu çərçivəsində baş tutacaq matçda dünya çempionatının favoritlərindən olan Argentina turnirin debütantı Bosniya və Hersoqovinanı sınağa çəkəcək.

DÇ-2014

Qrup mərhələsi

15-16 iyun

E qrupu

21.00 İsveçrə - Ekvador

Hakimlər: Ravşan İrmatov, Abduhəmidulla Rəsulov (Özbəkistan), Bahadır Koçxarov (Qırğızıstan), Svein Oddvar Moen (Norveç).

Braziliya. "Estadio Nasional".

00.00 Fransa - Honduras

Hakimlər: Sandro Riççi, Emerson De Karvalyo, Marselo Van Qasse (Braziliya), Peter O`Leari (Yeni Zellandiya).

Porto Aleqre. "Estadio Beyra-Rio".

F qrupu

03.00 Argentina - Bosniya və Hersoqovina

Hakimlər: Coel Aquilar, Uilyam Torres, Xuan Zumba (El Salvador), Camel Haymodi (Əlcəzair).

Rio-de-Janeyro. "Marakana" stadionu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm