Hollandiya və Çili 1/8 finalda, İspaniya komada - VİDEO
Bizi izləyin

İdman

Hollandiya və Çili 1/8 finalda, İspaniya komada - VİDEO

Braziliyanın ev sahibliyi etdiyi dünya çempionatı davam edir. Bu gecə futbolsevərlər daha 3 matça tamaşa edəcək.

Braziliyanın ev sahibliyi etdiyi dünya çempionatı davam edir. Bu gecə qrup mərhələsində II turun oyunları keçirilir.

Son dünya və iki Avropa çempionatının qalibi İspaniya ikinci oyununa çıxıb. İlk oyunda Hollandiyaya yenilən (1:5) ispanlar Çiliyə də uduzub - 0:2. Hollandlar isə Avstraliyaya qalib gəlib. Bu nəticələrdən sonra Hollandiya və Çili son turun nəticəsindən aslı olmayaraq 1/8 finala çıxan ilk komandalar olublar. İspaniyanın isə qrupda qalması dəqiqləşib.

Qeyd edək ki, gecənin son matçı A qrupu çərçivəsində keçiriləcək. Bakı vaxtı ilə saat 03.00-da başlayacaq qarşılaşmada millimizin AVRO-2016-nın seçmə mərhələsindəki rəqiblərindən olan Xorvatiya Kamerunu sınağa çəkəcək.

DÇ-2014

Qrup mərhələsi

18-19 iyun

B qrupu

İspaniya - Çili 0:2

Qollar: Eduardo Varqas, 20. Karles Aranqis, 43.

İzspaniya: İker Kasilyas, Serxio Ramos, Xavi Martinez, Jordi Alba, Sezar Aspilikueta, Andres İnyesta, Pedro Rodriges (Santi Kazorla, 76), Xabi Alonso (Koke, 46), Serxio Buskets, David Silva, Dieqo Kosta (Fernando Torres, 64).

Ehtiyat oyunçular: David de Gea, Pepe Reyna, Raul Albiol, Cerard Pike, Xuanfran, Xavi, Kesk Fabreqas, Xuan Mata, David Vilya.

Baş məşqçi: Visente del Boske.

Çili: Klaudio Bravo, Euqenio Mena, Hari Medel, Qonzalo Jara, Maurisio İsla, Fransisko Silva, Arturo Vidal (Karlos Karmona, 88), Karles Aranqis (Felipe Qutiyerres, 64), Marselo Dias, Aleksis Sançes, Eduardo Varqas (Xorxe Valdivia, 85).

Ehtiyat oyunçular: Kristoper Toselli, Cohni Herrera, Jose Royas, Miiko Albornoz, Jean Beauseyur, Jose Fuenzalida, Maurisio Pinilla, Fabian Orellana, Esteban Paredes.

Baş məşqçi: Xorxe Sampaoli.

Sarı vərəqələr: Xabi Alonso, 41 - Arturo Vidal, 26. Euqenio Mena, 61.

Hakimlər: Mark Qeyger, Mark Hurd (ABŞ), Co Fletçer (Kanada), Navaf Şukralla (Bəhreyn).

Rio-de-Janeyro. "Estadio do Marakana".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm