Qorxunc olay – Futbolçu ölümdən döndü - FOTOLAR
Bizi izləyin

İdman

Qorxunc olay – Futbolçu ölümdən döndü - FOTOLAR

Qorxunc olay – Futbolçu ölümdən döndü - FOTOLAR

Dünya çempionatının B qrupunda keçirilən Hollandiya-Avstraliya matçında qorxulu anlar yaşanıb.

Publika.az xəbər verir ki, matç zamanı Hollandiya milli komandasının müdafiəçisi Martins İndi rəqib futbolçu ilə toqquşub. Bu toqquşma oyunu izləyənləri qorxuya salıb.

Toqquşmadan sonra yerə yıxılan İndinin göz bəbəkləri çevrilib. Həkimlərin müdaxiləsindən sonra futbolçunu özünə gətirmək mümkün olub.

Ancaq İndi oyunu davam etdirə bilməyib. Onu meydançadan xərəkdə çıxarıblar.

Qeyd edək ki, 22 yaşlı müdafiəçi 2010-cu ildən Hollandiya milli komandasının heyətində çıxış edir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm