“İnter”in rəqibi – Erməni futbolçu Bakıya gələcək?
Bizi izləyin

İdman

“İnter”in rəqibi – Erməni futbolçu Bakıya gələcək?

“İnter”in rəqibi – Erməni futbolçu Bakıya gələcək?

"İnter"in Avropa Liqasındakı rəqibi müəyyənləşib.

Publika.az xəbər verir ki, bank klubu I təsnifat mərhələsində Moldovanın "Tiraspol" klubu ilə qarşılaşacaq. İlk matç Modovada keçiriləcək.

"Tiraspol" futbol klubu 1993-cü ildə yaradılıb. 2001-ci ilədək "Konstruktorul" adlanan klub həmin vaxtdan indiki adını daşıyır. 1993/94 mövsümündə B, 1994/95 mövsümündə A divizionunun qalibi olan komanda güclülər dəstəsinə çıxıb. "İnter"in rəqibi 1996/97 mövsümündə Moldova çempionatının qalibi adını qazanıb. Komanda bundan başqa 3 dəfə ölkə kubokunun qalibi olub - 1996, 2000 və 2013.

"Tiraspol"un baş məşqçisi Vlad Qoyandı. Komanda 2011-ci ildən 43 yaşlı mütəxəssis rəhbərliyi altında çıxış edir. "İnter"in rəqibi 2013/14 mövsümündə Moldova çempionaının gümüş medallarına sahib çıxıb.

"Tiraspol"un heyətində İspaniya, Bolqarıstan, Ukrayna, Ermənistan, Çernoqoriya, Gürcüstan və Latviyadan legionerlər çıxış edir. Ermənistan yığmasında iki oyun keçirmiş Artyom Xaxaturov da bu komandanın formasını geyinir. Komandanın bəzi üzvləri əvvəllər Moldova millisinə dəvət alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm