İdman
Mundialın ən dəlisov personajları – FOTOLAR
Braziliyada keçirilən dünya çempionatı həyəcanverici matçları ilə gündəmdə qalmaqdadır.
Meydanda və ondan kənarda olanlar bəzən hisslərinə hakim ola bilmir, çılğınlıqları ilə yadda qalırlar. Bəzən də bu çılğınlıq əndazəni aşır. Publika.az mundialın dəlisov personajlarını təqdim edir.
Migel Errera
Öz hisslərini gizlətmək böyük ağılsızlıqdır. Meksika yığmasının baş məşqçisi Migel Errera heç də ağılsız adam deyil. Lakin azca dəlisovluğu da var. Oyun zamanı pencəyinin ətəkləri kənara uçur, yumruqlarını yelləyir, diyirlənir, göyə tullanır. Bu səbəbdən də, 1/8 finala çıxmış Meksikaya görə sevinməyə dəyər.
Pepe
Portuqaliya yığmasının müdafiəçisi Pepe dünya çempionatına Tomas Müllerə zərbə endirmək üçün gəlib. O, tapşırığı futbol meydançasına çıxdıqdan yarım saat sonra yerinə yetirdi. Pepe əvvəlcə əli ilə rəqibinin burnuna zərbə endirib, Müller yerə yıxıldıqdan sonra isə ona yaxınlaşaraq alnına ilişdirib. Bundan sonra Pepe turnirdə heç bir nişanə qoymadı. Çətin ki, bundan sonra nişanə də qoysun.
Qəribə azarkeş
Dünya çempionatının bir çox oyunlarında əlində “Adios (yığmanın adı)” yazılmış planşetlə peyda olur. Qəribə azarkeş İngiltərə, İspaniya, Rusiya ilə əlaqə qurub. Bu komandalardan ikisi turniri tərk edib.
Kamerun yığması
Sovsport.ru saytı Kamerun yığmasını dünya çempionatının ən mənfur komandası adlandırıb. Təlim zamanı fahişələri yamsılayıb sonradan mükafat tələb etdikləri üçün öz aralarında mübahisə düşüb. Bencamin Mukanco əlverişli vəziyyətdən yararlana bilmədiyi üçün komanda yoldaşı Benua Assu-Ekotun burnuna kəllə ilə zərbə endirib.
Kolumbiya yığması
Kolumbiyalılar qol vurarkən dünya əhalisi bir anlıq susur, onların rəqs ifa etmələrini gözləyir. Bu ənənəyə qarşı heç kim çıxa bilməz. Hətta hakimlər də.
Qilyermo Oçoa
Meksika yığmasının qapıçısı Qilyermo Oçoanın topu necə tutmasını görmüsünüzmü? Əgər görməmisizsə, o zaman dəlisov adamın qapı qarşısında necə oynadığına baxın.
Kayl Bekerman
ABŞ yığmasının yarımmüdafiəçisi Kayl Bekermanın saç düzümü yəqin bir gün kimisə zədələyəcək.
Hakimlər
Dünya çempionatında hər bir hakim dəlisov olur. Bu zaman onlar üz təraşı üçün nəzərdə tutlmuş köpüyü futbol ulduzlarının ayaqqabılarına tökürlər.
Bonus
Buna isə heç bir şərh vermək olmur.
Camalə
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ