Boatenq: "Baş məşqçi məni təhqir etdi"
Bizi izləyin

İdman

Boatenq: "Baş məşqçi məni təhqir etdi"

Qana millisinin futbolçusu Kevin-Prins Boatenq komandadan qovulmasına münasibət bildirib.

Publika.az xəbər verir ki, "Bild" qəzetinə danışan 27 yaşlı futbolçu baş məşqçisi Kvesi Appiahın onu komandadan qovduğunu deyib: "Bugünkü məşq zamanı Muntari ilə birgə baş məşqçiyə yaxınlaşdım və komanda yoldaşımın əllə oynadığını dedim. Lakin Appiah yox dedi. Mən də gülərək ondan soruşdum: "sən hakimsən?". Bundan sonra Muntari ilə birgə güldük. Baş məşqçi isə tərəddüd etmədən məni meydandan kənarlaşdırdı. Məşqdən sonra baş məşqçiyə yaxınlaşdım və nə baş verdiyini soruşdum. O, üzərimə qışqırdı, məni təhqir etdi və hətta komandadan qovdu. Heç kəs mənim baş məşqçini söydüyümü düşünməsin".

Qeyd edək ki, bu gün baş verən qalmaqaldan sonra Boatenq və Muntari Qana millisinin heyətindən qovulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm