DÇ – 2014 - Ruslar üçün son şans
Bizi izləyin

İdman

DÇ – 2014 - Ruslar üçün son şans

Braziliyada təşkil olunan dünya çempionatı davam edir.

Publika.az xəbər verir ki, bu gecə qrup mərhələsinə yekun vurulacaq.

Sonuncu - H qrupunun oyunları başlayacaq. Bu qrupda Belçika Cənubi Koreyanı, Əlcəzair Rusiyanı sınağa çəkəcək. Belçika artıq 1/8 finala çıxıb. Digər vəsiqə uğrunda isə üç komanda mübarizə aparır.

Qeyd edək ki, indiyədək Braziliya, Xorvatiya, Hollandiya, Çili, Kolumbiya, Yunanıstan, Kosta Rika, Uruqvay, Fransa, İsveçrə, Argentina və Nigeriya, Almaniya və ABŞ 1/8 finala çıxıb.

H qrupu

01.00 Cənubi Koreya - Belçika

Hakimlər: Ben Uilyams, Mattey Kream, Hakan Anaz (Avstraliya), Viktor Hüqo Karrillo (Peru).

San Paulo. "Korintians Arena".

01.00 Əlcəzair - Rusiya

Hakimlər: Cüneyt Çakır, Bahattin Duran, Tarik Ongün (Türkiyə), Coel Aquilar (El Salvador).

Kuritiba. "Arena da Bayksada".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm