Avropa ona verilən cəzadan danışır
Bizi izləyin

İdman

Avropa ona verilən cəzadan danışır

Xəbər verdiyimiz kimi, Uruqvay millisinin futbolçusu Suares rəqibini dişlədiyi üçün FİFA tərəfindən cəzaya məruz qalıb.

FİFA-nın qərarı Avropa mətbuatında geniş müzakirə olunur. Publika.az Avropa mətbuatının FİFA-ın əks-səda doğurmuş qərarına olan münasibətini təqdim edir.

Daniel Ratyen, “Avrosport-Almaniya”

Halal olsun, FİFA-a! Luis Suares cəzaya layiq idi. Rəqibini dişləmək iyrənclikdir və buna görə cəza kəsilməlidir. Biabırçılıq! Ümid edirik ki, o, bundan nəticə çıxarda biləcək. Bir neçə aydan sonra Suaresin qayıdışına baxarıq.

Tom Adams, “Avrosprot-Böyük Britaniya”

Tamamilə haqlı cəza idi. Suares yenidən sərhədləri aşdı. Yalnız onu möhkəm cəzalandırmaq qalır. Bu artıq üçüncü dəfədir! Hə, “Liverpul” üçün bu cəza çox sərtdir, lakin FİFA ayrı cür edə bilməzdi də.

Sedrik Rukett, “Avrosport-Fransa”

Özünü heyvan kimi aparıb dişləməkdənsə, 9 matç və 4 ay öz vəziyyətini qaydaya salmaq üçün yaxşı cəzadır. Maraqlıdır, onu nəyə görə 15 matç və 5-6 aylığa oyundan kənarlaşdırmayıblar. Hər halda aldığı cəza sərt və ədalətli idi. İki şeyi qeyd etmək istərdim:

-cəza əbəs yerə “Liverpul”a təsir göstərəcək

-bəs rəqiblərini oyundan uzaqlaşdırmaq uçun onların ayağını sındıran, dizini buranlarla nə etməli?

Aqustin Qalan, “Avrosport-İspaniya”

Suares təkcə rəqibini dişlədiyi üçün yox, həmçinin, 4 il bundan qabaq Qana ilə oyundakı hərəkətinə görə futbol yarışlarından uzaqlaşdırılıb. Bircə “Liverpul”un oyunçusuz qalmasını başa düşmək olmur.

Pyotr Kvyatkovskiy, “Avrosport-Polşa”

Bu cəfəngiyatdır. Əgər bizi bu cürə cəzalar qane edirsə, o zaman gəlin hamını bir-bir oyundan kənarlaşdıraq. Xorvatiya matçından sonra Fred iki oyun kənarda qalmalı idi. Meksika-Kamerun matçını idarə etmiş hakimin 4 ay cəzalanmasını istəyirəm. Pepe Suaresin yanında cinayətkardır. Kostaya da qadağa qoymaq lazımdır.

Heç bir məntiq və heç bir ardıcıllıq yoxdur. Hesab edirəm, Suarez 3 matç oyundan kənarlaşdırılmalı idi. 3 matç və sınaq müddəti:

Kiril Vorobyov, “Avrosport-Rusiya”

Suares pis rəftarına görə cəzalandı. O, bir daha xuliqanlıq etməyəcəyinə söz vermişdi, lakin bir müddətdən sonra yenidən bunu təkrarladı. Futbolsuz 4 ay Suaresin xeyrinə işləyəcək. Bəlkə bundan sonra futbol meydançasında nəyə icazə verilib-verilmədiyini anlayacaq.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm