Onlar Braziliyada oruc tutacaqlar?
Bizi izləyin

İdman

Onlar Braziliyada oruc tutacaqlar?

Onlar Braziliyada oruc tutacaqlar?

Braziliyada keçirilən dünya çempionatı davam edir.

Publika.az xəbər verir ki, 1986-cı ildən sonra ilk dəfə dünya çempionatı Ramazan ayı ilə eyni vaxta düşəcək.

Bu gün dünya çempionatında 1/8 finala start verilməklə yanaşı, həm də Ramazan ayı başlayacaq. Mundialda oruc tutmağın futbolçuların performansına mənfi təsir edəcəyini deyənlər qədər bunun futbolçulara müsbət təsir göstərəcəyini vurğulayanlar da var. Dünyanın ən böyük futbol yarışında çıxış edən peşəkar futbolçuların gündəlik qidalanma proqramı var. Turnirin Braziliya kimi isti və rütubətin yüksək olduğu ölkədə keçirildiyini də nəzərə alsaq, oruc tutmaq istəyən futbolçuların işi bir az da çətinləşəcək.

Buna baxmayaraq, bəzi futbolçuların oruc tutması gözlənilir. Ən azı 40 futbolçunun dini ibadəti yerinə yetirməsi gözlənilir.

Ən çox müsəlman futbolçu Əlcəzairin heyətində yer alıb. Əhalisinin 99 faizi müsəlmanlar olan ölkənin mundialdakı 20 üzvü İslama sitayiş edir.

İkinci yeri İsveçrə tutur. Avropa ölkəsinin heyətində 7 müsəlman yer alıb. Bu say Fransada 5, Belçikada 4-dü. Almaniya və Nigeriyanın 2 üzvü də müsəlmandı.

Qrup mərhələsi başa çatıb, bəzi yəşmalar ölkələrinə qayıdıb. Buna baxmayaraq Braziliyada qalan millilərin heyətində yetərincə müsəlman futbolçu var. Amma onlardan bəzilərinin oruc tutmayacağı dəqiqləşib. Məsələn, Almaniya millisinin üzvü Məsut Özil oruc tutmayacağını bildirib: "Bura çalışmaq üçün gəlmişəm. Hamımız havanın çox isti olmasının fərqindəyik. Futbol üçün çox çətin şərtlər var. Şənbə günü isə Ramazan ayı başlayır. Belə bir vəziyyətdə oruc tutmayacağam".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm