Suares üzr istədi
Bizi izləyin

İdman

Suares üzr istədi

Uruqvay yığmasının hücumçusu Luis Suares italiyalı Corco Kellinini dişləməsinə görə ondan üzr istəyib.

Publika.az-ın məlumatına görə, doqquz oyun və 4 ay futboldan diskvalifikasiya edilmiş 27 yaşlı futbolçu hərəkətinə görə peşman olub.

"Mən baş verən hadisəyə görə heyfslənirəm ki, belə oldu. Mən Corco Kellinini və bütün futbol ailəsindən üzr istəyirəm. Mən and içirəm ki, bir daha heç vaxt belə hadisələr olmayacaq", - deyə Suares bildirib.

Qeyd edək ki, 27 yaşlı futbolçu dünya kubokunun matçı zamanı İtaliya yığmasının müdafiəçisini dişlədiyinə görə dörd ay futboldan kənarlaşdırılmaqla yanaşı bir çox sponsor müqavilələrindən də məhrum olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm