"Tiraspol" "İnter"dən çəkinir
Bizi izləyin

İdman

"Tiraspol" "İnter"dən çəkinir

"Biz futbol üzrə Avropa Liqasının hazırlığını başa vurmuşuq. Psixoloji və taktiki hazırlıq baxımından yüz faiz hazırıq. Amma oyun baxımından artırmağımız lazımdır. Doğma tribunalar qarşısında yaxşı futbol sərgiləmək istəyirik. Hələlik, hədəflərdən danışmaq istəmirəm. Bizim üçün hər bir növbəti oyun əsasdır".

Publika.az-ın məlumatına görə, bu sözləri "İnter"in Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Tiraspol"un baş məşqçisi Vlad Qoyan deyib.

Moldova klubunun baş məşqçisi sabah baş tutacaq matçdan əvvəl mətbuat konfrası keçirib: "İnter" sabit və yaxşı komandadır. Onların, xüsusilə müdafiədəki inamlı çıxışını qeyd etməliyəm. Topu ələ keçirəndən sonra isə sürətlə hücuma çıxırlar. Lazım olanda topa nəzarət etməyi bacarırlar. Şübhə etmirəm ki, rəqib də Moldovaya yaxşı nəticə arxasınca gəliblər. Biz onların matçlarını görmüşük. Biz ilk növbədə qol buraxmamaq və hücumdakı şanslardan yararlanmağa çalışmalıyıq. Ümid edirəm ki, matça gələn azarkeşlər ilk dəqiqədən sonadək bizi dəstəkləyəcək. Onlar bizə müsbət nəticə qazanmaqda kömək edə bilərlər".

"Tiraspol"un çalışdırıcısı "İnter"i topsuz qoymaq fikrindədir: "Bizə çətin olacaq. Çünki "İnter" top saxlamağı yaxşı bacarır. Əgər biz rəqibi bu üstünlüyündən məhrum edə bilsək, hər şey qaydasında olacaq. Başa düşün ki, fiziki cəhətdən 100 faiz hazır deyilik. Psixoloji, texniki, taktiki cəhətlərdən tam hazırıq. Qarşılaşmanın əvvəlindən irəli atılsaq, iki hissə bu tempdə oynamağı çatdırmarıq. Əlbəttə, daha yaxşı nəticə qazanmalıyıq. Amma ilk növbədə qol buraxmamalı və şanslarımızdan yararlanmalıyıq. Ötən mövsümkü tarixin təkrarlanmasını istəmirəm. Onda evdə qol buraxdığımızdan səfərdə böyük qüvvə ilə irəli atılmalı olduq. Nəticədə rəqib çox sayda təhlükəli epizodlar əldə etdi. Müdafiədə daha mütəşəkkil oynamalıyıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm