Syomin 600 minlik futbolçunu bəyənmədi
Bizi izləyin

İdman

Syomin 600 minlik futbolçunu bəyənmədi

Syomin 600 minlik futbolçunu bəyənmədi

"Qəbələ"nin baş məşqçisi Yuri Syomin baxışda olan Marko Neni ilə bağlı qərarını verib. Publika.az xəbər verir ki, rusiyalı mütəxəssis afrikalı oyunçunun xidmətindən imtina edib.

Qeyd edək ki, mərkəz yarımmüdafiəçisi 2012-ci ildən çıxış etdiyi "Tavriya"da 14 oyun keçirib və 1 qol vurub.

Kot`d-ivuarlı futbolçu vətənində "Mimosas", Avropada isə "Beveren" (Belçika, 2003-2006, 64 oyun, l9 qol), "Olimpiakos" (Yunanıstan, 2006-2008, 14 oyun), "Jerminal" (Belçika, 2008, 10 oyun, 1 qol) və "Kuban" (Rusiya, 2009-2011, 44 oyun, 2 qol) klublarında çıxış edib.

2004-cü ildə o, Didye Droqbalı Kot`D-İvuar yığmasına dəvət alıb. Həmin il Emmanuel Ebue ilə birlikdə "Arsenal"a baxışa yollanıb. Lakin bəyənilməyib.

Məhşur "Transfermarkt" saytı ona 600 min avro qiymət qoyub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm