Onu döymək istədilər - FOTO
Bizi izləyin

İdman

Onu döymək istədilər - FOTO

Onu döymək istədilər - FOTO

Dünya çempionatının yarımfinalında Braziliyanın Almaniyaya 1-7 hesabı ilə məğlub olması ölkədə gərginliyə səbəb olub.

Publika.az xəbər verir ki, braziliyalı azarkeşlərdən bəziləri göz yaşlarına hakim ola bilməyib, bir çoxu isə stadionu erkən tərk edib. Tərəfdarlardan biri isə hirsini Braziliya millisinin futbolçusu Freddən çıxmağa çalışıb. O, futbolçuya hücum çəkərək, onu döymək istəyib.

Təhlükəsizlik çəpərini qıraraq Fredə hücum etməyə çalışan azarkeşin qarşısını təhlükəsizlik qüvvəsinin əməkdaşları alıb.

Oyunu ilə tənqidlərin əsas hədəfi olan Fred, onu döyməyə çalışan azarkeş haqda heç bir açıqlama verməyib.

Qeyd edək ki, matçın 70-ci dəqiqəsində Villianla əvəzlənən Fred tərəfdarlar tərəfindən fitə basılıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm