İspaniyada oynamaq və yaşamaq arzusuna çatdı
Bizi izləyin

İdman

İspaniyada oynamaq və yaşamaq arzusuna çatdı

İspaniyada oynamaq və yaşamaq arzusuna çatdı

“Barselona” “Liverpul”la Luis Suaresin transferi ilə bağlı razılığa gəlib.

Publika.az xəbər verir ki, uzun müddətdir davam edən danışıqlar müsbət nəticələnib. “Barselona” Suareslə 5 illik müqavilə bağlayıb. Futbolçunun gələn həftə Barselonaya gələcəyi gözlənilir.

“Liverpul”un saytından uruqvaylıya komandaya göstərdiyi xidmətə görə təşəkkür edilib. Futbolçuya “Liverpul”a yenidən Çempionlar Liqasına qayıtmağa və “Barsa”ya keçiddən klubun büdcəsinə xeyli vəsait daxil etdiyinə görə minnətdarlıq bildirilib.

Suares özü də keçidə münasibətini açıqlayıb:

“Liverpul” qalmağım üçün çox cəhd etdi. Ancaq İspaniyada oynamaq və yaşamaq mənim arzum idi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm