Dünya çempionatı başlayır
Bizi izləyin

İdman

Dünya çempionatı başlayır

Dünya çempionatı başlayır

İyulun 15-dən 20-dək Slovakiyanın Snina şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı keçiriləcək.

Publika.az xəbər verir ki, Yunan-Roma güləşi yığmamız böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi İslam Cəfərovun rəhbərliyi altında çempionatın ilk iki günündə mübarizə aparacaq.

Heyətdə Zaur Nuriyev (42 kq), Seymur Hüseynov (46 kq), Kənan Cəfərov (50 kq), Orxan Ağamalıyev (54 kq), Murad Allahverdiyev (58 kq), Ülvi Qənizadə (63 kq), İslambek Dadov (69 kq), Nicat Abdullayev (76 kq), Soslan Fanziyev (85 kq) və Cavid Feyziyev (100 kq) yer alıb.

İyulun 17-18-də yeniyetmə qızlar mübarizəyə qoşulacaq. Böyük məşqçi Aslan Ağayev və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Ülkər Babayeva (43 kq), Türkan Nəsirova (46 kq), Leyla Qurbanova (49 kq), Şəbnəm Əhmədova (52 kq), Ləman Qurbanova (56 kq) və Anita Kələntərova (70 kq) çempionata yollanacaq.

Çempionatın son günlərində sərbəst güləşçilər yarışacaq. İdmançılarımız yarışa böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Vahid Məmmədovun rəhbərliyi altında çıxacaq.

Ölkəmizi sərbəst güləşdə İntiqam Vəlizadə (42 kq), Şahin Əlifzadə (46 kq), Əfqan Xaşalov (50 kq), Mahal Novruzov (54 kq), Mahir Əmiraslanov (58 kq), Teymur Məmmədov (63 kq), Məhəmməd Həsənzadə (69 kq), Hacımurad Məhəmmədsəidov (76 kq), Şamil Sadullayev (85 kq) və İqbal Hacızadə (100 kq) təmsil edəcək.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Qərib Əliyev iştirak edəcək.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm