Klubların qış macərası
Bizi izləyin

İdman

Klubların qış macərası

Klubların qış macərası

Premyer Liqada qış fasiləsi başa çatır. Publika.az komandaların fasilə müddətində keçirdiyi yoxlama oyunları ilə bağlı statistik göstəriciləri təqdim edir.

10 Premyer təmsilçisindən 8-i ölkə xaricinə üz tutub. Yalnız AZAL-la "Sumqayıt" hazırlıqları ölkə daxilində keçiriblər. "Bakı" İspaniyaya gedibsə, "Qarabağ", "Qəbələ", "Neftçi", "İnter", "Simurq", "Xəzər Lənkəran" və "Rəvan" hazırlıq üçün Türkiyəni seçib.

Premyer Liqa təmsilçiləri qış fasiləsində 45 yoldaşlıq oyunu keçirib. Bunlardan 32-sində rəqib əcnəbi klublar olub. Ölkə daxilində keçirilən oyunlardan ikisində Premyer Liqa klubları özləri qarşılaşıb: AZAL - "Sumqayıt" (1:2) və "Rəvan" - "Sumqayıt" (0:0).

Xaricə çıxan təmsilçilərimizin 32 oyundakı rəqibləri 14 müxtəlif ölkəni təmsil edib. Bu qarşılaşmalardan 13-də qələbə qazanan klublarımız eyni sayda heç-heçə edib və 6 oyunda yenilib. Rəqib qapılarına 48 qol vuran 8 Premyer Liqa təmsilçisi 30 dəfə məyum olub.

Ən çox yoxlama oyununu AZAL keçirib - 7 matç. "İnter" 6, "Bakı", "Neftçi" və "Qəbələ" 5, "Rəvan", "Simurq", "Sumqayıt" 4, "Qarabağ" 3, "Xəzər Lənkəran" isə 2 oyunda qüvvəsini sınayıb.

Yoxlama oyunları:

Qarabağ: Dinamo (Rumıniya) 1:0, Flamurtari (Albaniya) 1:2, Vuppertaler (Almaniya) 2:2.

Qəbələ: Maltepespor (Türkiyə) 1:1, Tobol (Qazaxıstan) 2:1, Konyaspor (Türkiyə) 2:4, Spartak (Qazaxıstan) 1:1, Volqa (Rusiya) 0:0.

Neftçi: Partizani (Albaniya) 2:0, Fənərbaxça (Türkiyə) 0:0, Tobol (Qazaxıstan) 4:2, Metallurq (Ukrayna) 0:0, Slensk (Polşa) 1:3.

İnter: NWC Astern (Hollandiya) 8:0, Holşteyn (Almaniya) 0:3, Aktobe (Qazaxıstna) 1:1, Karl Zeyts Jena (Almaniya) 2:0, Uniao (Braziliya) 3:1, Arminiya (Almaniya) 2:2.

Bakı: Laçi (Albaniya) 4:0, Linense (İspaniya) 0:1, Dnepr (Ukrayna) 0:0, Styaua (Rumıniya) 2:0, Dinamo (Kiyev, Ukrayna) 1:1.

Simurq: Velbert (Almaniya) 1:0, Yanq Afrikans (Tanzaniya) 2:2, Şanxay Şenhua (Çin) 0:0, Xrvatski Draqovolyats (Xorvatiya) 2:0.

AZAL: Qaradağ 2:3, Şuşa 3:0, Şahdağ 5:1, Sumqayıt 1:2, Araz 2:0, Ağsu 6:0, Neftçala 2:0.

Xəzər Lənkəran: Çaykur Rizəspor (Türkiyə) 0:0, Gənclərbirliyi (Türkiyə) 0:2.

Rəvan: Sumqayıt 0:0, Araz 1:0, Uniao (Braziliya) 2:1, Universtatea (Rumıniya) 1:0.

Sumqayıt: Araz 0:1, Şahdağ 1:2, Rəvan 0:0, AZAL 2:1.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm