"Facebook"da mundial rekordu
Bizi izləyin

İdman

"Facebook"da mundial rekordu

"Facebook"da mundial rekordu

"Facebook" başa çatan dünya çempionatı ilə bağlı açıqlama yayıb.

Publika.az xəbər verir ki, sosial şəbəkə rəhbərliyi 13 iyun - 13 iyul tarixlərində baş tutan dünya çempionatının paylaşım rekordu qırdığını açıqlayıb.

Bir ay ərzində 350 milyon insan dünya çempionatı ilə bağlı 3 milyarddan artıq status paylaşıb, şərh yazıb və hansısa statusu bəyənib.

Dünya çempionatında paylaşım rekordu qıran başlıqlar

1. Almaniya - Argentina (final matçı) - 88 milyon insan, 280 milyon paylaşma

2. Braziliya - Almaniya (yarımfinal matçı) - 66 milyon insan, 200 milyon paylaşma

3. Braziliya - Xorvatiya (açılış matçı) - 58 milyon insan, 140 milyon paylaşma

4. Argentina - Hollandiya (yarımfinal matçı) - 39 milyon insan, 83 milyon paylaşma

5. Braziliya - Çili (1/8 final matçı) - 31 milyon insan, 75 milyon paylaşım

Haqqında ən çox danışılan futbolçular

1. Neymar (Braziliya)

2. Lionel Messi (Argentina)

3. Kriştiano Ronaldo (Portuqaliya)

4. Luis Suares (Uruqvay)

5. David Luiz (Braziliya)

6. Julio Sezar (Braziliya)

7. Tomas Müller (Almaniya)

8. Məsut Özil (Almaniya)

9. Halk (Braziliya)

10. Aryen Robben (Hollandiya)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm