Əvəzsiz kapitan gedir
Bizi izləyin

İdman

Əvəzsiz kapitan gedir

Əvəzsiz kapitan gedir

Almaniya millisinin lideri və kapitanı Filipp Lam beynəlxalq karyerasını bitirmək qərarına gəlib.

Publika.az xəbər verir ki, 30 yaşlı müdafiəçi Almaniya yığmasındakı karyerasını major notda bitirmək istəyir. Braziliyada keçirilən mundialda dünya çempionu olan futbolçu yerini gənclərə vermək fikrindədir.

Filipp Lam Almaniya millisinin əvəzsiz lideri hesab olunur. Lam karyerasının qalan dönəmində bütün diqqətini “Bavariya”nın uğurlarına ayıracaq. Onun klubla 2018-ci ilə qədər müqaviləsi var.

Lam karyerası ərzində 5 dəfə Almaniya çempionluğunu, dəfələrlə ölkə kubokunu və Superkubokunu qazanıb. Çempionlar Liqasının, UEFA Superkubokunun, klublararası dünya çempionatının qalibi olub.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm