İdman
UEFA "Qarabağ"ın oyununa təyin etdiyi hakimləri dəyişdi
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq "Qarabağ" - "Valetta" (Malta) oyununu idarə edəcək hakimləri dəyişdirib.
Publika.az xəbər verir ki, buna səbəb cütün qalibinin növbəti mərhələdə Avstriyanın "Zalsburq" klubu ilə qarşılaşmasıdı.
Belə ki, UEFA "Qarabağ" - "Valletta" oyununu Avstriyadan olan hakimlər briqadasına həvalə etmişdi. Matçın baş hakimi Aleksandr Harkam olmalı, ona Andreas Vitsşiglə Andreas Staudinger yardım etməli idi. Dördüncü hakim funskiyasını Rene Aysner yerinə yetirəcəkdi.
III təsnifat mərhələsinin püşkatmasından sonra təyinatları dəyişən UEFA oyunu belaruslu hakimlər briqadasına tapşırıb. Qarşılaşmada ədaləti Sergey Sinkeviç qoruyacaq. Ona Yevgeni Romanovla Vitali Maliutsin yardım edəcək. Dördüncü hakim isə Denis Şerbakov olacaq.
Görüşün UEFA nümayəndəsi və hakim-inspektoru isə dəyişməyib.
Qarabağ (Azərbaycan) - Valletta (Malta)
Hakimlər: Sergey Sinkeviç, Yevgeni Romanov, Vitali Maliutsin, Denis Şerbakov (Belarus).
UEFA nümayəndəsi: Adrian İxari (Makedoniya).
Hakim-inspektor: Levan Paniashvili (Gürcüstan).
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO