İdman
“Nurgün Motors”un şefi ilə PFL prezidenti arasında qalmaqal – FOTOFAKT
“Nurgün Motors” şirkətlər qrupunun sahibi Nuru Əliyevin sponsorluq etdiyi “Rəvan”ın 2 futbolçusunun Türkiyəyə üz tutduğu barədə məlumat vermişdik.
Qeyd edək ki, Kamal Bayramovla Ayaz Mehdiyev Türkiyənin RTT liqasında çıxış edən “Girəsunspor” klubuna transfer olunublar. Bu barədə klubun rəsmi saytında da məlumat yerləşdirilib.
“Rəvan” rəhbərliyi isə bu transferləri tam qanunsuz sayaraq, FİFA-ya şikayət edəcəyini bildirmişdi. Klub rəhbərliyi futbolçuların “Rəvan”la müqaviləsinin bitmədiyini, transferin qanunsuz olduğunu bildirmişdi.
Publika.az xəbər verir ki, bu transferlər ətrafında qalmaqal böyüyür. Artıq “Girəsunspor” rəhbərliyi futbolçularla müqavilə bağlamadıqlarını iddia edir. Komandanın prezidenti Mustafa Temel “Futbol+” qəzetinə verdiyi açıqlamada belə deyib:
“Onları “Girəsunspor”a dəvət edərkən müqavilələri olduğunu bilmirdik. Hazırda onlarla rəsmi sözləşmə imzalamamışıq. “Rəvan” verməzsə, onsuz da onları geri göndərəcəm. Mən onlarla müqavilə imzalamamışam. Qaydalara görə, klub futbolçuları sərbəst buraxmazsa, bizimlə müqavilə bağlaya bilməzlər. Düzdür, onlar hazırda Türkiyədədi, amma anlaşmağa ixtiyarımız yoxdur”.
Təqdim etdiyimiz şəkillər klubun rəsmi saytından götürülüb. Saytda yerləşdirilən xəbərdə bildirilir ki, klub azəri futbolçularla anlaşıb. Ancaq indi nədənsə şəkildə futbolçularla birgə olan klub prezidenti bunu danır.
Publika.az böyük qalmaqala çevrilən bu məsələnin təfərrüatları ilə bağlı məlumat əldə edib. AFFA-dakı qaynağımızın verdiyi məlumata görə, “Rəvan”ın futbolçularının Türkiyə klubuna getməsini Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təşkil edib. Azərbaycan futbolundakı transfer bazarlığının 70 faizi Ramin Musayevin monopoliyasındadır.
PFL prezidenti futbolçulara “siz Türkiyəyə gedin, “Rəvan”dan transfer vərəqini özüm alıb göndərəcəm” deyib.
Ancaq Musayevin Nuru Əliyevə təzyiqləri nəticə verməyib. “Rəvan” müqavilə ilə onlara məxsus olan futbolçuların transfer vərəqini verməkdən imtina edib və FİFA-ya şikayət edəcəyini bildirib. Vəziyyətin ciddiləşdiyini görən “Girəsunspor” rəhbərliyi geri addım atmağa məcbur olub. Prezident Mustafa Temel hələ də xəbər klubun rəsmi saytında ola-ola, “futbolçularla müqavilə bağlamamışıq” deyir.
Xatırladaq ki, Ramin Musayev AFFA prezidenti Rövnəq Abdullayevin “sağ əli” hesab olunur.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR