Ekstrasens proqnoz verdi: “Foqts olmasa batarsız”
Bizi izləyin

İdman

Ekstrasens proqnoz verdi: “Foqts olmasa batarsız”

Ekstrasens proqnoz verdi: “Foqts olmasa batarsız”

Ekstrasenslər, falçılar ictimai rəyə təsir edən qüvvə hesab olunurlar. Onlar cəmiyyətin hər bir sahəsi haqda öncəgörmələrini açıqlayırlar. Cəmiyyət də ciddi qəbul edir bu açıqlamaları. Bu amili nəzərə alıb, Azərbaycan futbolunda 2014-cü ildə nələrin olacağını bilmək üçün ekstrasensə müraciət etdik.

Ekstrasens Nadim Əlixanov. Publika.Az-a açıqlamasında bildirdi ki, 2014-cü ildə Azərbaycan futbolu “yağ içində böyrək kimi” yaşayacaq. Yəni bu il futbolumuzda hər hansı bir maliyyə sıxıntısı gözlənilmir. Bahalı müqavilələr, transferlər olacaq. Bir sözlə, futbolçuların gəlhagəlidi.

Ekstrasens müjdəli proqnoz da verdi. Bildirdi ki, elə futbolçularımız olacaq ki, oyunu ilə diqqətləri üzərinə cəlb edəcək. Ona xarici klublar elçi düşəcəklər : “2014-cü il Azərbaycan futbolu üçün uğurlu bitəcək. Futbolumuza yaxşı pul ayrılacaq. Xaricdən yaxşı transferlər reallaşdırılacaq”.

Ekstrasens Berti Foqtsdan da danışdı. Dedi ki, ondan bərk-bərk yapışmaq lazımdı. Nadim Əlixanovun fikirincə, Foqts olmasa futbolumuzun günü qara olar: “Foqtsun millidə qalması yığma komandamızın xeyrinədir. O getmək istəyirdi, amma bu heç də futbolumuzun xeyrinə olmayacaqdı”.

Ekstrasens bildirdi ki, 2014-cü ildə futbolumuzun reytinqi xeyli artacaq: “Futbolumuz reytinqdə irəliləyəcək. Futbol da güləş, boks və digər idman növləri kimi öndə gedəcək”.

Aygün İlqarqızı

Foto Nuron

Oxumağa davam et
Reklam
Reklam

Gündəm