İdman
Mircavadovun proqnozu: “Qarabağ” mərhələni adlayacaq”
"Qarabağ" bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçı çərçivəsində Avstriyanın "Zalsburq" klubu ilə qarşılaşacaq.
"Red Bull Arena"da baş tutacaq matç Bakı vaxtı ilə saat 23.30-da keçiriləcək.
Azərbaycanlı mütəxəssis Ağasəlim Mircavadov “Qarabağ”-“Zalsburq” matçı barədə danışıb. Publika.az-a danışan təcrübəli mütəxəssis təmsilçimizin mərhələni adlayacağına inandığını deyib:
““Qarabağ “ın ilk matçda qalib gəlməsi üstünlükdür. Çünki rəqib bütün hallarda qol vurmaq üçün irəli atılmalıdır. Təmsilçimiz öz oyununu oynamalıdır. Sonadək mübarizə aparmaq lazımdır.
Əlbəttə, Reynaldonun yoxluğunu ağdamlılar hiss edəcəklər. Bu itki komandaya bir az təsir edə bilər.
Rəqibi topsuz qoymaq lazımdır. Belə olanda komanda əsəbləşir. Xırda qayda pozuntuları hesabına sürətli hücumlar qurmalarına mane olmaq lazımdır. Müdafiəyə çəkilib oynasalar, bu, acı fəsad verə bilər. Qapımıza sıxılsaq, çox çətin olacaq... “Qarabağ”ın mərhələ adlayacağına inanıram. Sadəcə, hər kəs bacardığından da artığını etməlidir.
Onu da deyim ki, nəinki ÇL-dəki yeganə təmsilçimizin, Azərbaycan klublarının əksəriyyətində dayaq yarımmüdafiəçiləri bəstəboydurlar. Klublarımızın bu amilə diqqət yetirmələrini məsləhət görərdim”.
Qeyd edək ki, "Qarabağ" meydana iki ciddi itki ilə çıxacaq. Belə ki, ilk oyunda qırmızı vərəqə alan Admir Teli və komandanın qol ümidi Reynaldo cavab matçını buraxmalı olacaq.
Aygün İlqarqızı
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi