İdman
"Neftçi” - "Çixura” matçı barədə proqnoz
Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Neftçi” Gürcüstanın "Çixura” komandasının qonağı olacaq. Bu klublar arasında ilk görüş bir həftə əvvəl Bakıda baş tutub və matç qolsuz bərabərliklə başa çatıb.
"Neftçi" mərhələ adlamaq üçün səfərdə mütləq qol vurmalıdır.
Flaqman yay hazırlığı dövründə yoxlama oyunları zamanı "Neftçi" "Çixura" ilə 2 dəfə qarşılaşıb. Əvvəlcə Gürcüstan komandası 3:2 hesablı qələbə qazanıb, növbəti matçda isə qalib müəyyənləşməyib(1:1).
Azərbaycanlı futbol mütəxəssisi Yunis Hüseynov "Neftçi” - "Çixura” matçı barədə Publika.az-a danışıb. Təcrübəli mütəxəssis komandamızın növbəti mərhələyə yüksəlmək şanslarını dəyərləndirib: ““Neftçi" "Çixura"ya qalib gəlməli idi. Hamı kimi mən də komandamızdan ancaq qələbə gözləyirdim. Əfsuslar olsun ki, bu, baş vermədi. "Neftçi"nin qol vurmaq imkanları çox oldu, amma bundan yararlana bilmədi.
Ümid edirəm ki, bu dəfə fərqli olacaq. "Neftçi" əzmkar oyunu ilə qalib gələcək. "Koper"lə cavab matçında olduğu kimi bu dəfə də bizi sevindirəcək. Amma bu çox çətin olacaq. Çünki "Çixura" da oynamağı bacarır. Yaxşı oynamağı bilən komandadır”.
Aygün İlqarqızı
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."