Rihanna “Hafka”nın klubunu əlindən alır?
Bizi izləyin

İdman

Rihanna “Hafka”nın klubunu əlindən alır?

Məşhur müğənni Rihannanın klub alıb, futbol akademiyası qurmaq istəyi barədə məlumat vermişdik. (http://publika.az/p/35141 )

Publika.az xəbər verir ki, Rihannanın klub almaq ideyası futbol azarkeşlərində həm təəccüb, həm də sevinc yaradıb. Belə ki, Rihannanın klub alacağı barədə xəbərlər Fransanın “Lans” komandasının tərəfdarlarını da hərəkətə keçirib.

Bu söz-söhbətlərdən sonra “Lans” tərəfdarları sosial şəbəkələrdə kampaniyaya - “#RihannaForRCLens” (Rihhana “Lans” üçün) haştaqı ilə paylaşımlar etməyə başlayıblar.

Qeyd edək ki, həmin klubun səhmləri "Baghlan Group"un prezidenti Hafiz Məmmədova məxsusdur.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm