Futbolçular xəstələrə dəstək aksiyasında – VİDEOLAR
Bizi izləyin

İdman

Futbolçular xəstələrə dəstək aksiyasında – VİDEOLAR

ALS xəstələrinə dəstək aksiyası – “İce Bucket Challenge” daha geniş miqyasda davam edir.

Qeyd edək ki, Amiotrofik Lateral Skleroz (ALS) və ya Şarko xəstəliyi sinir sisteminin sağalmaz xəstəliyidir. Xəstənin şüuru aydın olsa da, o, tez-tez hərəkətdən qalır. ALS əqli keyfiyyətlərə zərər vurmasa da, ağır depressiyalara səbəb olur. Xəstəliyin son mərhələsində nəfəs borusu daralır, tənəffüs çətinləşir. Bu zaman ciyərləri yalnız suni havalandırma ilə fəaliyyətdə saxlamaq olur.

Bu xəstəliyə yoluxanlara dəstək olmaq məqsədilə məşhurlar başlarına vedrə ilə soyuq su tökür və estafeti digərlərinə verirlər.

Futbolçular da bu aksiyaya iştirak edir:

"Ayaks"ın futbolçuları kütləvi şəkildə buzlu su ilə özlərini isladaraq "PSV" futbolçularını aksiyaya qoşulmağa dəvət ediblər.

Bundan əlavə, flaşmoba "Barcelona"nın müdafiəçisi Pike və həyat yoldaşı məşhur müğənni Şakira da dəstək olub. Belə ki, Pike xeyriyyə məqsədi ilə keçirilən bu aksiyaya dəstək olmaq üçün Sesk Fabreqas və Serxio Ramosu, Şakira isə Pop Fransisko ilə Kris Martini çağırıb.

Bir çox məşhur ulduzların dəstək olduğu kampaniyaya iki gün öncə türk ulduz Arda Turan da qatılmışdı. Nevzat Aydının meydan oxumasını görən Arda öz növbəsində Burak Yılmaz, Saffet Ulusoy və Esat Yontunça meydan oxuyub.

Xatırladaq ki, "Barcelona"nın müdafiəçisi Daniel Alveş "İce Bucket Challenge" aksiyasında iştirak etmişdi. Braziliyalı futbolçu Lionel Messi, model Adriana Lima və teleaparıcı Faustaonu cari dəstək şousuna qatılmağa dəvət etmişdi.

Marselo Luiz Qustavo isə estafeti Neymar və Lusiano Huka ötürmüşdü.

**

Xatırladaq ki, aksiya çərçivəsində üzərinə buzlu su tökən məşhurlar daha 3 dostunu bunu etməyə çağırır.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm