“Pis oğlan”ı 20 milyona aldılar
Bizi izləyin

İdman

“Pis oğlan”ı 20 milyona aldılar

“Pis oğlan”ı 20 milyona aldılar

“Liverpul” İtaliya millisinin hücumçusu Mario Balotellini transfer edib.

Publika.az xəbər verir ki, “Liverpul”un rəsmi saytı məlumatı təsdiqləyib. Balotelli Mançester və Liverpulda iki mərhələli tibbi müayinədən keçib.

Dünən futbolçu “Liverpul”un Melvudda yerləşən məşq bazasına gəlib və komandanın fiziki hazırlıq üzrə məşqçisi Raylond Morqansonun rəhbərliyi altında fərdi məşq edib.

İngiltərə mətbuatının iddiasına görə, “Liverpul” Balotellinin keçidi üçün 20 milyon avro ödəyib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm