İdman
İqbal da çempion oldu – Olimpiadada 12 medal qazandıq
Azərbaycan Çinin Nanjinq şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarındakı çıxışını başa vurub.
Publika.az xəbər verir ki, idmançılarımız son oyun günündə 3 qızıl medal qazanıb.
49 kq çəki dərəcəsində yarışan boksçumuz Rüfət Hüseynov finalda yarışıb. İlk iki döyüşündə Kumar Kakaraya (Hindistan) və Şalkar Aykinbayaya (Qazaxıstan) 2:1 hesabı ilə qalib gələn Rüfət həlledici döyüşdə özbəkistanlı Sulaymon Latipova gücünü göstərib. Boksçumuz rəqibinə heç bir şans verməyərək, hər 3 raundu öndə bitirib (3:0) və olimpiya çempionu olub.
Sərbəst güləşçimiz Teymur Məmmədov da "qızıl"a sahib çıxıb. 63 kq çəki dərəcəsində mübarizə aparan idmanmançımız bundan əvvəl İveriko Culakidzeni (Gürcüstan) və Elbert Lukas Steyni (CAR) 10:0, Ceyms Didaskonu (Palav) 12:0 hesabı ilə yenmişdi. Teymurun finaldakı rəqibi Antoni Montero (Venesuela) olub. 7:0 hesablı qələbə qazanan Məmmədov olimpiya çempionu olub.
100 kq çəki dərəcəsində çıxış edən sərbəst güləşçimiz İqbal Hacızadənin qəniməti də "qızıl" olub. Finaldan əvvəl Madeyra Heberi (Braziliya) 11:0, Eduardo Qarsianı (Meksika) 10:0, Abdalla Elgizavini (Misir) 5:0 hesabı ilə yenən İqbal həlledici görüşdə Dmitri Ceakustanı sınağa çəkib. 5:1 hesablı qələbə qazanan təmsilçimiz medal sayını artırıb.
Beləliklə Azərbaycan Olimpiadanı 12 medalla yekunlaşdırıb: Rüfət Hüseynov (49 kq, boks), Teymur Məmmədov (53 kq, sərbəst güləş), İqbal Hacızadə (100 kq, sərbəst güləş), İslambek Dudov (69 kq, yunan-Roma güləşi) və Səid Quliyev (73 kq, taekvondo) qızıl, Leyla Əliyeva (44 kq, cüdo), Natiq Qurbanlı (55 kq, cüdo), Ceren Özbek (44 kq, taekvondo), Cabbar Nəcəfov (50 kq, yunan-Roma güləşi), Leyla Qurbanova (52 kq, sərbəst güləş) və Boris Yotov (akademik avarçəkən) gümüş, Nazim Babayev (atletika) isə bürünc medala sahib çıxıb.
11 gün davam edən gərgin mübarizədən sonra olimpiadaya 21 nəfərlik heyətlə qatılan ölkəmiz 5 qızıl, 6 gümüş və 1 bürünc medalla vətənə dönəcək.
Qeyd edək ki, idmançılarımız Sinqapur-2010-da 5 qızıl və 3 gümüş medal qazanmışdı.
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı
-
Region13:53
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi
-
İdman13:28
Təbriz klubunu atıb qaçdı: Görün qızı başına nə oyun açdı - FOTOLAR