ÇL-in qrup mərhələsinin püşkü atıldı: "Aslan" "Topçular"a qarşı
Bizi izləyin

İdman

ÇL-in qrup mərhələsinin püşkü atıldı: "Aslan" "Topçular"a qarşı

UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

Publika.az xəbər verir ki, artıq qrup mərhələsinin bütün iştirakçıları öz rəqiblərini tanıyıb.

İştirakçı klublar püşkatma öncəsi aşağıdakı kimi dörd səbətə bölünmüşdü. Püşkatma zamanı hər qrupa hər səbətdən bir komanda seçilib:

1-ci səbət: Real (İspaniya), Barselona (İspaniya), Bavariya (Almaniya), Çelsi (İngiltərə), Benfika (Portuqaliya), Atletiko (İspaniya), Arsenal (İngiltərə), Porto (Portuqaliya);

2-ci səbət: Şalke (Almaniya), Borussiya (Dortmund, Almaniya), Yuventus (İtaliya), PSJ (Fransa), Şaxtyor (Ukrayna), Bazel (İsveçrə), Zenit (Rusiya), Mançester Siti (İngiltərə);

3-cü səbət: Bayer (Almaniya), Olimpiakos (Yunanıstan), ÇSKA (Moskva, Rusiya), Ayaks (Hollandiya), Liverpul (İngiltərə), Sportinq (Portuqaliya), Qalatasaray (Türkiyə), Atletik (İspaniya);

4-cü səbət: Anderlext (Belçika), Roma (İtaliya), APOEL (Kipr), BATE (Belarus), Ludoqorets (Bolqarıstan), Maribor (Sloveniya), Monako (Fransa), Malmö (İsveç).

Püşkatma nəticəsində klublar aşağıdakı qruplara bölünüblər:

A qrupu: Atletiko (İspaniya), Yuventus (İtaliya), Olimpiakos (Yunanıstan), Malmö (İsveç).

B qrupu: Real (İspaniya), Bazel (İsveçrə), Liverpul (İngiltərə), Ludoqorets (Bolqarıstan).


C qrupu: Benfika (Portuqaliya), Zenit (Rusiya), Bayer (Almaniya), Monako (Fransa).

D qrupu: Arsenal (İngiltərə), Borussiya (Dortmund, Almaniya), Qalatasaray (Türkiyə), Anderlext (Belçika).

E qrupu: Bavariya (Almaniya), Mançester Siti (İngiltərə), ÇSKA (Moskva, Rusiya), Roma (İtaliya).

F qrupu: Barselona (İspaniya), PSJ (Fransa), Ayaks (Hollandiya), APOEL (Kipr).

G qrupu: Çelsi (İngiltərə), Şalke (Almaniya), Sportinq (Portuqaliya), Maribor (Sloveniya).

H qrupu: Porto (Portuqaliya), Şaxtyor (Ukrayna), Atletik (İspaniya), BATE (Belarus).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm