O, indi “taksist” işləyir
Bizi izləyin

İdman

O, indi “taksist” işləyir

O, indi “taksist” işləyir

Ukrayna futbolunun canlı əfsanəsi Andrey Şevçenko məşqçi olmağa hazırlaşır.

Publika.az xəbər verir ki, hazırda kursa gedən Şevçenko mətbuata verdiyi açıqlamada gündəlik həyatı barədə danışıb. Şevçenko hələ ki məşqçilik həyatı ilə bağlı düşünmədiyini bildirib:

“Hələ bu haqda düşünmək tezdir. Əvvəlcə kursu bitirmək, maksimum informasiya əldə etmək lazımdır. Ondan sonra harada işləyəcəyimi müəyyənləşdirmək olar. Hələlik özümü məşqçilik həyatının təsiri altına salmaq istəmirəm. Onsuz da başımı qarışdırmaq üçün kifayət qədər iş var.

Vaxtımım çox hissəsini ailəmə həsr edirəm. Düzdür, məni evdə əsasən “taksist” kimi işlədirlər. Dərs ili başlayıb. Uşaqları dərsə aparıb-gətirirəm. 9 yaşlı Cordan, 7 yaşlı Kristian tennis və futbola maraq göstərir. Kristianı daha çox futbol cəlb edir”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm