Qeyri-adi layihənin təqdimatında ağladı - VİDEO
Bizi izləyin

İdman

Qeyri-adi layihənin təqdimatında ağladı - VİDEO

Qeyri-adi layihənin təqdimatında ağladı - VİDEO

Braziliyada maraqlı layihə həyata keçiriləcək.

Publika.az xəbər verir ki, Rio-De Janeyro şəhərində stadionun işıqlandırılmasında qeyri-adi üsuldan istifadə ediləcək. Belə ki, arenanı işıqlandırmaq üçün futbolçuların hərəkətindən istifadə ediləcək.

Yaranan kinetik enerjidən elektrik enerjisi istehsal olunacaq. Bu layihə ilə bağlı keçirilən mətbuat konfransında Pele də iştirak edib. Braziliyanın əfsanəsi çıxışı zamanı göz yaşlarını saxlaya bilməyib:

“Atam mənə "Edinson" adını verdi. Çünki elektrik enerjisini Tomas Edinson kəşf etmişdi. Özümə hər zaman sual verirəm-"nəyə görə Tanrı mənə qarşı bu qədər mərhəmətlidir?"

Burda iştirak etmək imkanı qazandığım üçün hamıya təşəkkür edirəm. Bağışlayın, kövrək biri olduğumu bilirsiz. Yenə də ölkəm üçün çalışacam”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm