Söz verdilər, avtomobil hədiyyə etdilər – FOTO
Bizi izləyin

İdman

Söz verdilər, avtomobil hədiyyə etdilər – FOTO

Söz verdilər, avtomobil hədiyyə etdilər – FOTO

Türkiyədə maraqlı hadisə yaşanıb.

Ötən mövsüm Türkiyənin ikinci dəstəsində çıxış edən "Alanyaspor"un futbolçuları klubun bazasında işləyən Mustafa Şahinkayaya avtomobil hədiyyə edəcəklərinə söz veriblər. Futbolçular Mustafaya “Birinci dəstəyə vəsiqə qazansaq, sənə avtomobil bağışlayacağıq” deyiblər.

Mövsümün sonunda “Alanyaspor” birinci dəstəyə vəsiqə qazanıb. Futbolçular verdikləri vədi tutaraq, Şahinkayaya avtomobil hədiyyə ediblər.

"Alanyaspor"un üzvləri məşqdən öncə avtomobili ona təqdim ediblər.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm