Dünya çempionu intihar etdi
Bizi izləyin

İdman

Dünya çempionu intihar etdi

Dünya çempionu intihar etdi

Slovakiyanın xokkey yığmasının keçmiş üzvü Miroslav Qlinka intihar edib.

Publika.az xəbər verir ki, 42 yaşlı dünya çempionu oteldə özünü asıb. 1972-ci ildə doğulan Qlinka idmançı ailəsində böyümüşdü. Onun atası “Dukla”da oynamışdı.

Miroslavın 2 övladı – 1 oğlu, 1 qızı vardı. Qlinka 5 il Çexiyanın “Sparta” klubunda forma geyinib. Orda oynadığı zaman Çexiya vətəndaşlığını da alıb.

Qlinka son illər məşqçi işləyirdi. O, 2002-ci ildə Slovakiya millisinin heyətində dünya çempionu olmuşdu.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm