Görünməmiş qayda pozuntusuna görə ağır cəza
Bizi izləyin

İdman

Görünməmiş qayda pozuntusuna görə ağır cəza

Görünməmiş qayda pozuntusuna görə ağır cəza

Braziliya futbolunda ağır cəza tətbiq olunub.

Publika.az xəbər verir ki, ölkənin idman məhkəməsi “B” seriyasında mübarizə aparan "Amerika Mineyro" klubunu ağır cəzalandırıb. Klubun hesabından 21 xalı silinib. Xalın silinməsinə səbəb "Amerika Mineyro"nun oyunçusu Eduardonun transferində qayda pozuntusuna yol verilməsidir.

“B” Seriyanın digər təmsilçisi "Joinvilli" klubu Eduardonun "Amerika Mineyro" ilə yanaşı, "Sao Bernardo" və "Portugesa" komandalarında da forma geyindiyi iddiasıyla məhkəməyə şikayət məktubu ünvanlayıb.

Sən demə "Amerika Mineyro" klubunun formasını geyinən futbolçunun adı 3 başqa-başqa oyunda protokolda olub.

"Amerika Mineyro" ağır cəzanın ləğv edilməsi üçün apellyasiya məhkəməsinə şikayət etməyi düşünür. Klub rəsmiləri şikayət təmin olunmayacağı halda, FİFA-ya müraciət edəcəklərini bildiriblər.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm