• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Müsyö “Sent Etyen”in “Qarabağ” səfəri – İnqilab olacaq?

  • İdman
  • 18 Sentyabr 2014 10:55
  • 755 Baxış
Müsyö “Sent Etyen”in  “Qarabağ” səfəri – İnqilab olacaq?

Bu gün Avropa Liqasında qrup mərhələsinə start verilir.

Publika.az xəbər verir ki, Azərbaycanın qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirindəki yeganə təmsilçisi - son çempion "Qarabağ" da ilk sınağına çıxır.

Komandamızın ilk rəqibi Fransa "Sent-Etyen"idi. “Qarabağ” bu gün qalib gəlməklə tarix yaza bilər. “Sent Etyen” üzərindəki qalibiyyət Azərbaycan klublarının Avropa Liqasının qrup mərhələsində ilk qələbəsi olacaq.

Qurbanov ümid verdi

Oyunla bağlı fikirlərini bildirən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov inamlı danışıb:

"Oyuna yaxşı hazırlaşmışıq. Avrokubok təcrübəmiz yetərincədi. Amma qrup mərhələsi fərqlidi. Rəqibi düzgün təhlil etmişik. Məncə, hamı sabahkı oyundan razı qalacaq. Rəqibi öyrənməyə çalışmışıq.

"Sent-Etyen" maraqlı rəqibdi. Həm hücumda, həm də müdafiədə yaxşı oynayan komandadır, standart vəziyyətlərdə təhlükəlidir. Müxtəlif oyunlarda məhz standart vəziyyətlərdən qollar buraxmışıq. Qapıçının üzərinə böyük iş düşəcək. O da buna görə daha ciddi hazırlaşır.

Onların cərimə zərbələrini ustalıqla yerinə yetirən futbolçuları var. Ona görə də çalışmalıyıq az qayda pozuntusu edək. Çalışacağıq ki, rəqib künc zərbələrindən az istifadə etsin”.

Qalte təriflədi

"Sent-Etyen"in baş məşqçisi Kristof Qalte də komandasını tərifləyib: "Qarabağ"la oyuna yaxşı hazırlaşmışıq. Komanda əla vəziyyətdədir. Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə qazanaq. Heyətdə zədəli futbolçularımız var. Onları meydana buraxmaqla riskə yol vermək istəmirik.

Fransa çempionatında mövsümə yaxşı start vermişik. Avroliqada da eyni dərəcədə uğurlu çıxışımızı davam etdiririk. Avroliqa təcrübə toplamaq baxımından bizim üçün vacibdir.

Bizim nümayəndəmiz "Qarabağ"ın son çempionat oyununda olub. Digər oyunlarının da videoyazılarına baxmışıq. "Qarabağ" bizdən daha təcrübəlidir. Onlar ölkə çempionu olublar. Biz isə çoxdandı belə bir uğur qazana bilmirik. Rəqibin futbolçuları yığma komandalarda çıxış edir. Çox faydalı braziliyalıları var”.

Avropa Liqası

F qrupu

18 sentyabr

21:00. Qarabağ - Sent-Etyen

Hakimlər: Stiven Maklin, Qeyvin Harris, Fransis Konnor, Alasdair Ross.

Əlavə köməkçi hakimlər: Brayan Kolvin, Andrey Dallas (Hakimlər Şotlandiyadandı).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR