Soçini tanıdacaq Şarapova
Bizi izləyin

İdman

Soçini tanıdacaq Şarapova

Soçini Amerika publikasına Şarapova tanıdacaq

Rusiyanın ən populyar idmançısı Mariya Şarapova Soçi Olimpiadasının oyunlarını Amerikanın NBC kanalı üçün şərh edəcək.

Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə Şarapova özü məlumat verib: “Mən idmançılarla söhbətləşməyəcəm.

Məni Soçiyə ona görə çağırıblar ki, bu şəhəri Amerika publikasına tanıdım. Burdakı missiyam fərqlidi. Bu gün Soçidə gəzdik, müxtəlif kliplər çəkdik.

Dəniz vağzalında, müxtəlif restoranlarda olduq. Rus mətbəxini nümayiş etdirmək istədik. Soçiyə gələndə hər şeyin əla olduğunu gördüm. Düşünürəm ki, uğurlu Olimpiada olacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm