Daha bir ulduz Hindistana köçdü
Bizi izləyin

İdman

Daha bir ulduz Hindistana köçdü

Daha bir ulduz Hindistana köçdü

Hindistan klublarına ulduz futbolçuların transferinin ardı-arası kəsilmir.

Publika.az xəbər verir ki, Hindistan klublarından biri növbəti səs-küylü transferi gerçəkləşdirib, daha bir tanınmış oyunçunu Superliqaya gətirib.

2009-2010-cu ilərdə "Qalatasaray"ın formasını geyinmiş Elano Blumeri "Chennai" klubu ilə anlaşıb. Müqavilənin şərtləri barədə məlumat verilmir. "Chennai" klubu bir neçə gün öncə Marko Materatsini oynayan-məşqçi kimi komandaya gətirmişdi.

Bundan əlavə, “Chennai” klubunun rəhbərliyi 36 yaşlı fransız müdafiəçi Mikael Silvesteri də Hindistana gətirmək üçün danışıqlara başlayıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm