İngiltərədə qol vuruldu, uqandalı öldü
Bizi izləyin

İdman

İngiltərədə qol vuruldu, uqandalı öldü

İngiltərədə qol vuruldu, uqandalı öldü

Uqandalı Fahad Musan İngiltərə Premyer Liqasının 5-ci turu çərçivəsində keçirilən "Çelsi" - "Mançester Siti" matçında (1:1) Lempardın vurduğu qoldan sonra dünyasını dəyişib.

Publika.az xəbər verir ki, peşəkar futbolla məşğul olan Fahad həm də "Çelsi" azarkeşi imiş. "Simba"nın şərəfini qoruyan 24 yaşlı futbolçu keçmiş “Çelsi”li Lempardın bərabərlik qolundan sonra huşunu itirərək yerə yıxılıb. Musana kömək etmək istəyiblər, ancaq xəstəxanaya çatana kimi artıq iş-işdən keçib.

Bazar günü səhər Musan öz komandasının məşqində iştirak edib. Sonra "Lester" - "Mançester Yunayted" matçını (5:3) izləyib. Dostları deyir ki, Fahadın sağlamlığından şikayəti olmayıb. Hərçənd Musan ötən bazar Uqanda çempionatının oyununda başından zərbə alsa da, matçı davam etdirib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm