UEFA “Liverpul”a da “ilişdi”
Bizi izləyin

İdman

UEFA “Liverpul”a da “ilişdi”

UEFA “Liverpul”a da “ilişdi”

İngiltərənin "Liverpul" klubu ciddi problemlə üzləşib.

Publika.az xəbər verir ki, klub maliyyə feyr-pleyi qaydalarını pozduğu üçün cərimələnə bilər. Yayda 2013-14 mövsümündə Çempionlar Liqasında iştirak etməyən klublar son iki ilin maliyyə hesabatlarını açıqlayıblar.

Hesabatın nəticələrinə əsasən, "Liverpul"un 2012-13 maliyyə ilində 49,8 milyon funt sterlinq zərərə uğradığı açıqlanıb. Bundan əlavə, "Liverpul" 2012-ci ilin mayına qədər olan 10 aylıq müddətdə 41 milyon funt sterlinq ziyana düşüb.

Kub bununla bağlı tutarlı sübut göstərə bilməsə, UEFA “Liverpul”u Çempionlar Liqasında iştiraka görə ödənilən 7 milyon funt sterlinqdən məhrum edəcək.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm