Azərbaycan dramatik görüşdə qalib gəldi
Bizi izləyin

İdman

Azərbaycan dramatik görüşdə qalib gəldi

Azərbaycan dramatik görüşdə qalib gəldi

İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatı davam edir.

Publika.az xəbər verir ki, bu gün III turun oyunlarına start verilib. Azərbaycan millisi bu dəfə Puerto-Riko ilə qarşılaşıb. Bakı vaxtı ilə saat 13.30-da başlayan qarşılaşma dramatik tərzdə davam edib və millimizin qələbəsi ilə yekunlaşıb - 3:2.

Qeyd edək ki, millimiz ilk turda Yaponiyanı 3:2 hesabı ilə yenib, 2-ci turda Çinə uduzub - 0:3.

Bu gün D qrupunun digər oyunlarında Yaponiya Kubanı, Çin Belçikanı sınağa çəkəcək.

DÇ-2015

İtaliya

III tur

25 sentyabr

13.30 Puerto-Riko - Azərbaycan 2:3 (20:25, 26:24, 24:26, 25:16, 15:17)

Puerto-Riko: 1. Debora Seilhamer, 2. Şara Veneqas, 3. Vilmare Moyitsa, 6. Yarimar Roşa, 7. Stepane Enriqt, 9. Aurea Kruz, 11. Karina Okasio, 14. Natalia Valentin, 17. Şeyla Okasio, 18. Linda Morales, 20. Vanesa Velez.

Baş məşqçi: Jose Mieles.

Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Kovalenko, 3. Anastasiya Qurbanova, 4. Oksana Parxomenko, 5. Odina Əliyeva, 6. Ayşən Abduləzimova, 7. Yelena Parxomenko, 8. Natavan Qasımova, 10. Jana Ağayeva, 11. Katerina Jidkova, 16. Oksana Kiselyova, 17. Polina Rahimova.

Baş məşqçi: Aleksandr Çervyakov.

Hakimlər: Aziz Yener (Türkiyə), Sze Lai Kedrik Çunq (Honq Konq).

Bari. "PalaFlorio" salonu.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm