Federasiya bölgələrdəki məşqçilərlə görüşdü
Bizi izləyin

İdman

Federasiya bölgələrdəki məşqçilərlə görüşdü

Azərbaycan Güləş Federasiyasında Bakı şəhərində və ətraf qəsəbələrdə fəaliyyət göstərən güləş klublarının məşqçiləri ilə görüş keçirilib.

Publika.az xəbər verir ki, görüşün keçirilməsi klubların hazırkı vəziyyətini, qarşıdan gələn yarışlara hazırlığı müzakirə etmək, məşqçilərin fəaliyyətini qiymətləndirmək məqsədi daşıyıb.

Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov klublara xüsusilə perspektivli yeniyetmələrin cəlb olunmasının və güləşçilərin nizam-intizam qaydalarına riayət etmələrinin vacibliyini bildirib:

"Çalışmaq lazımdır ki, məşqlər zamanı güləşçilər intizam qaydalarına ciddi riayət etsinlər. Nizam-intizam olan yerdə inkişaf da olur, nailiyyət də. Məşqlərin yüksək səviyyədə keçirilməsi üçün Federasiya tərəfindən klublar bütün lazımi idman avadanlıqları, güləş döşəkləri və ləvazimatlarla təchiz olunub. Məşqçilərdən tələb olunan odur ki, maksimum səylə fəaliyyət göstərsinlər və yetirmələrinin yüksək nəticələr göstərməsinə çalışsınlar".

Görüşdə məşqçilərə güləşçilərin daxili transfer qaydaları barədə məlumat verilib, klublara yeni qüvvələrin cəlb edilməsi və perspektivli güləşçilərin aşkarlanması üçün tapşırıqlar verilib.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm