“AÇ-2016”-nın püşkü atıldı - Şikayətlənməməliyik
Bizi izləyin

İdman

“AÇ-2016”-nın püşkü atıldı - Şikayətlənməməliyik

“AÇ-2016”-nın püşkü atıldı - Şikayətlənməməliyik

2016-cı ildə baş tutacaq futzal üzrə Avropa çempionatının püşkatma mərasimi keçirilib.

Publika.az xəbər verir ki, reytinq baxımından güclü olan millimiz mübarizəyə ikinci seçmə mərhələdən qoşulacaq.

Bəxt Jose Alesio da Silvanın yetirmələrinin üzünə gülüb. 4-cü qrupda yer alan komandamız Ukrayna, Belçika və birinci seçmə mərhələdə A qrupunun qalibi ilə (Yunanıstan, Bolqarıstan, Danimarka, Cəbəllütariq) Serbiyada baş tutacaq turnirə vəsiqə uğrunda mübarizə aparacaq.

İlkin seçmə mərhələnin oyunları 2015-ci ilin 13-18 yanvar aralığında baş tutacaq. Millimizin yarışdığı ikinci seçmə mərhələnin görüşləri həmin ilin 17-22 mart tarixi aralığında keçiriləcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm