Dopinq qəbul edənlərin qara günü başlayır
Bizi izləyin

İdman

Dopinq qəbul edənlərin qara günü başlayır

Dopinq qəbul edənlərin qara günü başlayır

Dünya Antidopinq Agentliyi (WADA) ilə FİFA yeni antidopinq qaydalarının tədbiq olunması barədə razılığa gəlib.

Publika.az xəbər verir ki, dopinq qəbul edən futbolçular əvvəlki kimi 2 il yox, 4 il müddətinə qədər cəza alacaq. Bu isə o deməkdir ki, dopinqdə ilişən futbolçu hətta karyerasına da son qoya bilər. Yeni qaydalar 2015 ci il, yanvarın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, dopinq qalmaqalı ilə Azərbaycan millisinin futbolçuları da üzləşib. 2006-cı ildə Belçikaya qarşı oyundan sonra millimizin müdafiəçisi Sergey Sokolovdan götürülən test müsbət nəticə vermişdi.Orqanizmində istifadəsi qadağan olunan maddə tapıldığından, FİFA onu 18 ay diskvalifikasiya etmişdi.

Avro-2012-nin seçmə mərhələsi çərçivəsində okyabrın 11-də İstanbulda keçirilmiş Türkiyə – Azərbaycan oyunundan sonra millimizin futbolçusu Mahir Şükürov da dopinq-testə cəlb olunub. Onun dopinq istifadə etdiyi aşkarlansa da, Şükürov 2 aylıq cəza ilə canını qurtara bilib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm