Rus gözəlçə ofisianta kələk gəldi
Bizi izləyin

İdman

Rus gözəlçə ofisianta kələk gəldi

Rus gözəlçə ofisianta kələk gəldi

Dünyaca məşhur tennisçi Mariya Şarapova Avstraliyada kafelərin birində nahar edərkən ofisantı aldadıb.

Publika.Az xəbər verir ki, rusiyalı cazibədar tennisçi bu barədə özü mətbuata danışıb:

“Kafedə nahar edirdim. Oradakı ofisiantdan hesabı gətirməyini istədim. O isə bunun əvəzində gətirdiyi smartfonu mənə verərək öz şəklimi çəkməyimi xahiş etdi.

Özümü elə göstərdim ki, guya onun xahişini yerinə yetirirəm. Əslində isə, məndən arxadakı stolda oturan tanımadığım bir kişinin şəklini çəkdim. Nə baş verdiyini anlamayan ofisiant mənə təşəkkür etdi”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm